Sabah, mayın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Paşinyan Moskvada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
İrəvanda isə müxalifətin mitinq və yürüşü itaətsizlik aksiyalarını davam etdirmək çağırışı ilə başa çatıb.
Deyilənə görə, bu gün ermənilərin İrəvandakı mitinqçilərinin “qabağına düşəni” parlamentin vitse-spikeri İşxan Saqatelyan olub.
Mitinqçilər “israrla” baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Amma hava şəraitininin pisləşməsi onların Nikolun istefasını sona qədər həyata keçirməyə imkan verməyib. Ona görə də, Saqatelyan ermənilərə sabah yox, birisi gün küçələrə çıxmağı məsləhət bilib.
“...İşimiz çoxdur, səhər saatlarında şəhəri tamamilə iflic vəziyyətə salmaq və tətillərə nail olmaq üçün on minlərlə insan lazımdır”.
Bunu mitinqin bağlanışında deyən Saqatelyan onu da bildirib ki, guya “hazırkı Ermənistan hakimiyyətinin günləri artıq arxada qalıb”.
Xatırladaq ki, aprelin sonundan İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Deyilənə görə, saxlanılanların sayı 200 nəfəri ötüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB