Hələbdə Suriyanın 10 əsgəri həlak olub...

...avtobusun atəşə tutulması nəticəsində
Hələbdə Suriyanın 10 əsgəri həlak olub...

Hələb əyalətində silahlıların avtobusu atəşə tutması nəticəsində 10 suriyalı hərbçi həlak olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasında Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Oleq Juravlev bildirib.

O, qeyd edib ki, terrorçular Suriya hərbçilərinin olduğu mikroavtobusu Ancara qəsəbəsində atəşə tutublar. Hücum nəticəsində daha 12 əsgər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə