Böyük Britaniyanın ikinci ən böyük pərakəndə satış şəbəkəsi olan “Sainsbury's”un keçmiş rəhbəri Justin King ölkədə ucuz qidanın "qızıl dövrü"nün sona çatdığını söyləyib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,
bu barədə biznesmen “The Guardian”a müsahibəsində danışıb.
Bəlkə də qızıl dövr başa çatıb deyən King əlavə edir ki, “...biz heç vaxt ərzağa indikindən az xərcləməmişik və azalma uzun və tədricən olmuşdur. Ona görə də uzunmüddətli perspektivdə ərzaq xərclərinin artacağından şübhələnirəm. Tarixən bu çox olmayacaq, amma yenə də ailə büdcəsinə düzəlişlər tələb olunacaq”.
...Nə bilmək olar? Amma əgər əgər doğrudan da Böyük Britaniyada ucuz qidanın "qızıl dövrü" başa çatırsa, onda “vay” kasıb ölkələrin halına.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB