Rusiya hökuməti qurğuşun ixracına lisenziya tətbiq edib.
SİA APA-ya istinadən xəbər verir ki, müvafiq qərar Rusiya hökumətinin rəsmi portalında dərc olunub.
Qərar görə, mayın 15-dən noyabrın 15-dək federasiya ərazisindən emal edilməmiş qurğuşun, həmçinin onun qırıntılarını yalnız xüsusi razılıq əsasında çıxarmaq mümkündür.
Müvafiq ixrac lisenziyasını Sənaye və Ticarət Nazirliyi verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB