Los-Ancelesin cənub-qərbində 25 yaşlı qadın və iki yaşında uşaq avtomobildə güllələnərək öldürülüb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Nbclosangeles.com” saytı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, hücumu törədən 3 nəfər naməlum şəxs olub.
Onlar avtomobilə atəş açaraq ərazidən uzaqlaşıb.
Polis hələlik qadının körpənin anası olub-olmadığını dəqiqləşdirir.
Hadisəni törədənlərin saxlanılması istiqamətində iş aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB