Şimali Koreyada COVID-19-dan daha 21 nəfər ölüb

Şimali Koreyada koronavirus səbəbiylə daha 21 ölüm qeydə alınıb. Qeyd olunur ki, məlumat mayın 13-ü cümə günü daxil olub.

SİA xəbər verir ki, bu barədə “Ryenhap” xəbər agentliyi məlumat verib.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In COVID-19 ilə əlaqədar KXDR-də fövqəladə vəziyyət elan edib.

Daha sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian Çinin COVID-19 epidemiyası ilə mübarizədə Şimali Koreyaya bütün lazımi yardım və dəstəyi verməyə hazır olduğunu açıqlayıb.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə