Müxalifət İrəvanda böyük mitinqə hazırlaşır

Müxalifət İrəvanda böyük mitinqə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət bazar günü, mayın 15-də İrəvanda böyük ümumerməni mitinqinə çağırır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu

parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bu gün bildirib.

"Bazar günü saat 18:00-da (Moskva vaxtı ilə 17:00) biz böyük ümumerməni aksiyası keçirəcəyik", - Saqatelyan Fransa meydanında tərəfdarlarına deyib və əlavə edib ki, sabah, şənbə günü böyük etiraz aksiyaları olmayacaq: mədəni tədbirlər olacaq. Yəni peşəkarların iştirakı ilə Ermənistandakı sosial-iqtisadi vəziyyətin və təhlükəsizlik məsələlərinin müzakirələri olacaq.

Saqatelyan tərəfdarlarını hakimiyyətin təzyiqindən qorxmamağa çağırıb. "Bütün təzyiqlər və təxribatlar bizi güclü edir. Təqiblər nə qədər güclü olarsa, hakimiyyətin panikası da bir o qədər güclü olur...”.

Müxalifətdən olan vitse-spikerin fikrincə, hbu gün akimiyyətin kobud polis gücündən başqa heç bir dəstəyi qalmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə