Çində yağan yağışlar leysana səbəb olub - FOTOLAR

Çinin cənubundakı Quanqdonq əyalətində leysan yağışların yaratdığı sel nəticəsində küçə və məhəllələri su basıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çinin cənubundakı Quanqdonq əyalətində güclü yağışlar daşqınlara baş verib. Əyalətdəki fəlakət və fövqəladə hallar qrupları daşqın zonalarına göndərilərkən Taishan, Heyuan, Zhuhai, Zhongshan və Shenzhen şəhərlərində qırmızı həyəcan siqnalı verilib.
Quanqdonq Meteorologiya Xidmətindən verilən açıqlamada bütün əyalətdə sarı və narıncı xəbərdarlıqlar verilib. Dörd çayın daşqın təhlükəsi səviyyəsini keçdiyi Quanqdonqda risk altında olan ərazilərdə yaşayan minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Şiddətli yağış səbəbindən əyalətdə parklar və mədəniyyət obyektləri bağlanıb,bəzi əyalətlərdə uşaq bağçaları, ibtidai məktəblər və liseylərdə təhsil 2 gün müddətinə dayandırılıb. Bir çox şəhərdə qatar xətləri dayandırılıb və əyalətdə bərə xidmətləri də ləğv edilib. Quanqdonq Meteorologiya Xidmətinin məlumatına görə, əyalətdə güclü yağışların bu gün və sabah da davam edəcəyi gözlənilir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə