G7 ölkələri Talibandan qadınlara dair qadağaların ləğvini tələb edib
G7 ölkələrinin xarici işlər nazirləri Talibandan qadınlara qarşı məhdudiyyətlərin ləğvini tələb edib.
SİA APA-ya istinadən xəbər verir ki, diplomatlar Əfqanıstanda qadınlara qarşı məhdudiyyətlərin getdikcə daha intensiv xarakter almasını pisləyiblər. 7 ölkənin nazirləri bu məhdudiyyətlərin dərhal ləğvini tələb ediblər.
Qeyd edək ki, ötən həftədən Əfqanıstanda qadınların niqabdan istifadəsi məcburi olub. Martın sonunda isə qızların məktəbə getməsi qadağan edilmişdi.
Herat vilayətinin valisi isə qadınlarla kişilərin restoranda birgə nahar etməsinə qadağa qoyub. Qadağa ailəli cütlüklərə də şamil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB