“Rus dünyası”nı məhv etmək lazımdır..?

“Rus dünyası”nı məhv etmək lazımdır..?

“Rus dünyası” dəhşətli yeni bir ideologiya adlandıran Polşanın baş naziri Mateuş Moravecki onu məhv etmək arzusunu da ifadə edib.

SİA-nın “rambler”ə istinadən əldə etdiyi məlumatı polşalı nazir Telegraph üçün məqaləsində yazır.

“Rus dünyası” bütün Avropa üçün ölümcül təhlükə yaradan xərçəngdir. Ona görə də Rusiya ilə hərbi mübarizədə Ukraynaya dəstək vermək kifayət deyil. Biz bu dəhşətli yeni ideologiyanı tamamilə məhv etməliyik”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşanın Hüquq və Ədalət siyasi partiyasının üzvlərinə və onu dəstəkləyən vətəndaşlara qarşı sanksiyalar tətbiq etməyi təklif edib. Medvedev Moraveckini “psevdo-baş nazir” adlandırıb və əlavə edib ki, o, “rusofobiya əsasında relsdən çıxıb”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə