Ukrayna tərəfi mayın 12-də Hərbi Hava Qüvvələri, Quru Qoşunları və Hava Hücum Qüvvələrinin birgə səyi ilə rusların 7 hava hədəfini vurduqlarını bildirirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
“...Mayın 12-də Hərbi Hava Qüvvələri, Quru Qoşunları və HHQ qüvvələrinin hava hücumundan müdafiəsi 7 hava hədəfini vurub. Bura 5 PUA (Orlan-10); 1 helikopter (Ka-52); 1 qanadlı raket daxildir”. - məlumatda belə deyilir.
Verilən məlumatda həmçinin qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının aviasiyası döyüş əməliyyatlarının aparıldığı müxtəlif istiqamətlərdə rus qüvvələrinin mövqelərinə aviazərbələr endirməkdə davam ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB