İtalyanlar qaz pulunu elə həmişə rublla ödəmək istəyirlər

İtalyanlar qaz pulunu elə həmişə rublla ödəmək istəyirlər

Deyəsən, bu dəfə lap “məzələnirlər”...rusları deyirəm ey...

Budur, rus saytlarının yazdığına görə, ötən ay “Qazprom”a qazın pulunu rublla ödəyən İtaliyanın “Eni” enerji şirkəti, may ayında rusların qayıdıb ödənişi avro ilə tələb edəcəyi təqdirdə belə, ruslara guya ödənişi rublla ödəyəcəyinə söz verib.

SİA-nın “rambler”ə istinad etdiyi xəbərin “Bloomberg”da yer aldığı deyilir.

Agentliyin yazdığına görə, “Eni” hələ “Qazprombank”da rubl hesabı açmayıb... lakin lazım gələrsə, onun açılmasına hazırlaşmaq üçün qanuni işlər gördüyünü də gizlətməyib.

Deyilənlərə görə, yaxın günlərdə Avropa İttifaqı enerji şirkətlərinə Rusiya qazı üçün ödəniş prinsiplərini aydınlaşdıracaq.

Yaddaş üçün: Rusiya prezidenti Vladimir Putin martın 31-də fərman imzalayıb ki, aprelin 1-dən Rusiya qazının tədarükünün qeyri-dost ölkələrdən alıcılar tərəfindən ödənilməsinin yeni qaydası müəyyən edilib. Belə ki, Rusiyadan qaz alan dövlətlər xarici valyutada vəsaitləri birjalarda rubl çevirib “Qazprombank”ın hesabına köçürməlidirlər. Eyni zamanda, Rusiya əvvəlki müqavilələrdə müəyyən edilmiş həcmdə və qiymətlərlə qaz tədarükünü davam etdirəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə