Çində sərnişin təyyarəsi yanıb, onlarla insan xəsarət alıb

Çində sərnişin təyyarəsi yanıb, onlarla insan xəsarət alıb

"Tibet Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Çzyanbey” beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Hadisə yerli vaxtla saat təxminən 8.00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib, bütün sərnişinlər dərhal təxliyə edilib.

Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu dəqiqləşdirilib. Hadisə zamanı 40 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə