Şimali Koreyadan qaçan həkimin etirafları...

Şimali Koreyadan qaçan həkimin etirafları...

Bütün dünya, o çümlədən qonşu ölkələr pandemiyaya bürünsə də, KXDR-də rəsmi olaraq “SARS-CoV-2” virusuna yoluxma halı qeydə alınmayıb. Bəs, əslində görən bu qapalı ölkədəki vəziyyət necədir?

Beləliklə, Almaniyanın “Deutsche Welle” nəşri Şimali Koreyadan qaça bilən həkimlə danışıb.

SİA alman qəzetinin rus variantına istinad edir.

Nevroloq Çoy 2012-ci ildə Cənubi Koreyaya qaçıb. Bundan əvvəl o, KXDR-in şimal-şərqindəki liman şəhəri olan Çonqjin şəhərindəki epidemiyaya nəzarət mərkəzində işləyib. Onun tibbi karyerası 2002-2003-cü illərdə “SARS” epidemiyası zamanı başlayıb. Sonra həkimlərin ixtiyarında olan diaqnozu təyin etmək üçün demək olar ki, yeganə cihaz adi bir termometr idi.

Bu gün Cənubi Koreyanın Sejong şəhərindəki Koreya Universitetində tədqiqatçı kimi çalışan Çoy sabiq ölkəsi- Şimali Koreyanı “viruslar muzeyi” kimi təqdim edir.

Amma Pxenyan ölkədə “COVID-19” olduğunu inkar edir

Qaçqın həkimin dediyinə görə, Şimali Koreya elə bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də nə qədər zəif olduqlarını bütün dünyaya göstərmək istəmirlər.

Bundan başqa, Pxenyan hakimiyyəti ölkə əhalisinin dəstəyini itirməkdən qorxur. “Səhiyyə sisteminin xəstələrin müalicəsinin öhdəsindən gəlmədiyi məlum olanda insanların hökumətə inamı itəcək. Bu, sistemin mükəmməl olmadığı anlamına gələcək”, -Bunu da Çoy deyir.

Bu gün Şimali Koreyada xroniki avadanlıq çatışmazlığı mövcud olsa da, amma bu ölkəyə humanitar yardımın çatdırılması olduqca çətindir.

Qeyd edək ki, bu təkcə sərhədlərin bağlanması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi irimiqyaslı sanksiyalarla bağlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə