Sürətli enerjiyə keçid layihəsi...

Avropa İttifaqı Rusiyadan neft və qazdan imtina etmək üçün 195 milyard avro xərcləməli olacaq?
Sürətli enerjiyə keçid layihəsi...

Avropa İttifaqı Rusiyadan enerji asılılığından xilas olmaq üçün qarşıdakı beş il ərzində 195 milyard avro xərcləməli olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS “Financial Times”a istinadən xəbər verir.

Belə bir büdcə sürətləndirilmiş enerji keçidi üçün Avropa Komissiyası tərəfindən hazırlanan layihəni nəzərdə tutur. Sənəddən belə çıxır ki, təmiz enerjiyə sürətləndirilmiş keçidlə Rusiyanın qalıq yanacaqlarından asılılığın sürətlə azalması mümkündür.

Bu məqsədlə 2030-cu ilə qədər Avropa İttifaqı enerji istehlakını planlaşdırılan 9 faiz əvəzinə 13 faiz azaltmalı olacaq. Bunu isə enerji səmərəliliyinin artırılması yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.

Digər məqsəd bərpa olunan mənbələrdən enerji istehsalını iki dəfədən çox artırmaqla Avropa istehlakındakı payını 2020-ci ildəki 22 faizdən 2030-cu ilə qədər 45 faizə çatdırmaqdır. Qeyd edək ki, əvvəllər təklif edilən hədəf 40 faiz pay idi.

Bununla yanaşı, həmçinin Avropada 2030-cu ilə qədər Avropa İttifaqında istehlakı 20 milyon tona çata bilən yaşıl hidrogenə diqqət yetirmək təklif olunur. Bu həcmin isə yarısı idxal olunacaq.

Xatırladaq ki, sürətli enerjiyə keçid layihəsinin rəsmi olaraq mayın 18-də təqdim edilməsi planlaşdırılır. Bu, bərpa olunan enerji layihələri üçün tələblərin yumşaldılması da daxil olmaqla, bir sıra Avropa İttifaqı direktivlərinə dəyişikliklər tələb edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə