Mülki şəxslər “Azovstal”ı tərk ediblər

Mülki şəxslər “Azovstal”ı tərk ediblər

Ukraynanın Azov alayının komandir müavini Svyatoslav Palamar bildirib ki, dinc sakinlər blokadaya alınmış “Azovstal”ı tərk edə biliblər.

SİA-nın əldə etdiyi məlumata görə, o, qeyd edib ki, zavodun ərazisində yerli döyüşlər davam edir.

“Əgər siz konkret olaraq “Azovstal” zavodundan danışırsınızsa, o zaman bizimlə birlikdə olan, qayğısına qaldığımız mülki şəxslər zavodu tərk edə biliblər”, – Palamar bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə