‘‘Rusiya ilә Ukrayna arasındakı müharibә sona çatdırılmalıdır’’

‘‘Rusiya ilә Ukrayna arasındakı müharibә sona çatdırılmalıdır’’

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş Rusiya ilә Ukrayna arasında fevralın 24-dә başlayan müharibәnin sona çatdırılmasının әhәmiyyәtini vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Antonio Quterreş Avstriyanın paytaxtı Vyanada prezident Aleksandr Van der Bellen ilə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən prezident Van der Bellen bildirib ki, ikitərəfli görüş zamanı Rusiya-Ukrayna müharibəsi, müharibənin yaratdığı enerji və ərzaq böhranı, eləcə də iqlim dəyişikliyi və bərpa olunan enerji kimi mühüm mövzular müzakirə edilib.

Avropada müharibənin başlaya biləcəyini təsəvvür etməyin mümkün olmadığını, ancaq Rusiyanın başlatdığı müharibədәn yalnız Avropanın deyil, bütün dünyanın təsirləndiyini ifadә edәn Aleksandr Van der Bellen Avropa İttifaqının rәsmi Moskvaya sərt sanksiyalarla cavab verdiyini deyib.

Quterreş Rusiyanın Ukraynada başlatdığı müharibənin enerji, təhlükəsizlik və ərzaq məhsulları baxımından qlobal böhrana səbəb olduğunu ifadә edәrәk ötən həftə Moskva və Kiyevə səfəri zamanı həmsöhbətləri ilə bu mövzuları qiymәtlәndirdiyini bildirib.

Antonio Quterreş deyib: "Müharibə səbəbindən ölkəni tərk etməyə məcbur olan insanların sayı artır. Bölgәdә ciddi iztirablara səbəb olan bu mənasız müharibəyə son qoyulmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə