YPG/PKK Rakkada mülki vәtәndaşlara tәzyiq göstәrmәyә davam edir

YPG/PKK Rakkada mülki vәtәndaşlara tәzyiq göstәrmәyә davam edir

Separatçı terror tәşkilatı YPG/PKK Suriyanın Rakka şәhәrinin Mahlat kәndindә dәhlizlәrin qazılmasına qarşı olan ikisi uşaq olmaqla 12 mülki vәtәndaşı saxlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

YPG/PKK-nın işğal etdiyi yaşayış mәntәqәlәrindәki qeyri-qanuni fәaliyyәtlәrinә qarşı olan bölgә xalqına tәzyiqi davam edir.

Yerli mәnbәlәrin yaydığı mәlumata әsasәn, Fәrat çayının şәrqindәki Rakka şәhәrinin şimalındakı Mahlat kәndi terror tәşkilatı YPG/PKK-nın nәzarәtindәdir. Bölgә sakinlәri terrorçuların dәhliz qazmasına qarşı olub. Kәndә basqın edәn terror tәşkilatının üzvlәri ikisi uşaq olmaqla 13 mülki vәtәndaşı saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə