Yunanıstan Prezidenti Katerina Sakellaropoulou mehriban qonşuluq münasibətlərini vurğulayaraq, Türkiyə ilə dialoqa can atdıqlarını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan Prezidenti Katerina Sakellaropoulou Yunanıstan Dövlət Televiziyasına müsahibəsində xarici siyasətlə bağlı mühüm qiymətləndirmələr edib. Prezident Sakellaropulou Türkiyə-Yunanıstan münasibətlərinin sakit olduğu dövrlərin olduğunu vurğulayıb. Yunanıstan və Türkiyə arasındakı gərgin münasibətlərə, o cümlədən Egey dənizi və Ədirnə sərhədindəki Evros bölgəsindəki son hadisələrə baxmayaraq bildirib ki, biz qonşuyuq və qonşu olaraq qalacağıq. Qonşuların bir-birinə ehtiyacı var.
Sakellaropulou bəyan edib ki, ölkəsi Türkiyə ilə “dialoq istəyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB