Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç qoşunların yoxlanılması ilə bağlı bəyanatlar fonunda Belarusun Ukraynaya hücum ehtimalını dəyərləndirib.
SİA bu barədə Ukrayna saytlarına istinad edir.
Onun ehtimalına görə, Belarusdan Ukrayna ərazisinə hücuma hazırlıq əlaməti yoxdur.
Aretoviç bu barədə rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində bildirib.
“...Biz Belarus tərəfdən Ukrayna ərazisinə hücuma hazırlıq əlaməti görmürük. Ona görə də, bununla bağlı heç bir xüsusi narahatlıq yoxdur”.
Qeyd edək ki, Aretoviç eyni zamanda Belarusda Rusiya Federasiyasının hərbi qulluqçularının az oluğunu və onların sayının hücumçu qruplar üçün yetərli olmadığını da bildirib.
Yəqin bir müddət bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatının uzandığı barədə etirafını xatırlamış olarsınız.
Məhz elə bundan sonra Qərb ölkələri və elə Ukrayna da Lukaşenkonun Putinin başlatdığı müharibədə birbaşa iştirak etmək və on minlərlə əsgərini Ukrayna Silahlı Qüvvələri ilə döyüşə göndərmək qərarına gələ biləcəyindən narahat idilər.
Onu da bildirək ki, mayın 10-da NATO-nun Alyansa üzv ölkələrin ərazisində keçirdiyi təlimlərlə əlaqədar Belarus da öz qoşunlarını “hərəkətə” gətirib.
Belə ki, qoşunlarını sərhəd boyu yerləşdirən Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Qulyeviç bu addımını Ukraynanın yaratdığı 20 min nəfərlik qruplaşmaya cavab olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB