Konqoda qaçqın düşәrgәsinә hücum edilib, ölәnlәr var

Konqoda qaçqın düşәrgәsinә hücum edilib, ölәnlәr var

Konqo Demokratik Respublikasının şәrqindәki İturi әyalәtindә yerlәşәn Lodda qaçqın düşәrgәsinә tәşkil edilәn hücum nәticәsindә 14 uşaq hәyatını itirib.

SİA-nın əldə etdiyi məlumata görə, ‘‘Konqonun İnkişafı Naminә Birlik’’ (CODECO) adlı üsyançı qruplaşma üzvlәri İturi әyalәtinin Djuqu şәhәrindәki Lodda qaçqın düşәrgәsinә gecә radәlәrindә hücum edilib.

Hücum nәticәsindә 14 uşaq vә bir hәrbçi hәyatını itirib.

Hücum nәticәsindә yaralanan 7 nәfәr isә bölgәdәki xәstәxanalara yerlәşdirilib.

Qeyd edәk ki, CODECO üzvlәri iki gün әvvәl eyni bölgәdәki qızıl mәdәninә hücum etmişdi, nәticәdә 52 mülki vәtәndaş öldürülmüşdü.

Ölkәnin şәrqindә fәaliyyәt göstәrәn CODECO-nun 2014-cü ildәn etibarәn hәyata keçirdiyi hücumlar nәticәsindә minlәrlә mülki vәtәndaşın hәlak olduğu tәxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə