Ukraynanın birinci prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra çərşənbə axşamı dünyasını dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna xəbərlərinə siyasətçinin ailə çevrəsindəki mənbə məlumat verib.
Qeyd edək ki, yanvarın 10-da Kravçukun 88 yaşı tamam olmuşdu.
Xatırladaq ki, 2021-ci ilin iyun ayının sonunda eks-prezidentin ürəyində əməliyyat olunmuşdu. Siyasətçi uzun müddət komada idi. Daha sonra Kravçuk Münhendəki klinikalardan birində reabilitasiyadan keçib. 2017-ci ilin may ayında Kravçuk damar stentləmə əməliyyatı keçirib.
Onu da qeyd edək ki, 2020-ci il iyulun 28-dən Kravçuk Ukraynanın şərqindəki vəziyyətin nizamlanması üzrə Təmas Qrupunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edirdi.
Mərhum 1991-1994-cü illərdə Ukrayna prezidenti olmuşdu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB