Avstriyada qatar relsdən çıxıb, ölən var...

Avstriyada qatar relsdən çıxıb, ölən var...

Avstriyanın Mödlinq dairəsində qatarın relsdən çıxması nəticəsində azı 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin "Kronen Zeitung" qəzeti xəbər verib.

Hadisənin səbəbləri açıqlanmayıb. Qəzetdən bildirilib ki, xilasedicilər və Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları hadisə yerində işləyirlər:

"Axau və Münhendorf arasında qatarların hərəkəti hazırda mümkün deyil. Səbəb bədbəxt hadisədir", - deyə "Avstriya Dəmir Yolları" şirkəti "Twitter" səhifəsində yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə