İkinci Dünya müharibəsi zamanı Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib
Qəriblikdə qalan məzar

İkinci Dünya müharibəsi zamanı Belçika ərazisində həlak olmuş həmvətənlərimizin xatirəsi Azərbaycanın Belçika Krallığındakı Səfirliyinin əməkdaşları tərəfindən yad edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu məqsədlə Belçikanın Genk, Koersel, Şarlerua şəhərlərində və Butqenbah bölgəsində həlak olmuş həmvətənlərimizin məzarları səfirlik əməkdaşları tərəfindən ziyarət olunub.

Həmvətənlərimizin əziz xatirəsi onların məzarları önünə gül dəstələri qoyulmaqla anılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə