Rus saytları Vaşinqtonun Asiya-Sakit Okean regionundakı tərəfdaşlarının Rusiya və Çinin birgə dostluq bəyanatından təşvişə düşdüyünü yazır. Yəni onlar Rusiya ilə Çinin ikitərəfli təmasları zamanı Ukrayna mövzusunu müzakirə etməyə hazırlaşdıqlarından narahatdırlar.
SİA “rambler”ə istinadən bu bəyanatla Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hindistan və Sakit Okean regionu üzrə koordinatoru Kurt Kempbellin çıxış eetdiyini bildirir.
“...İlk növbədə, Ukrayna və Avropa ilə bağlı məsələlərdə Hind-Sakit okean regionu ölkələri ilə qarşılıqlı fəaliyyətin səviyyəsi məni heyran etdi. Yaponiya, Cənubi Koreya, Sinqapur, Avstraliya və ASEAN ilə apardığımız bütün məsləhətləşmələrdə. bütövlükdə ilk sual Ukraynada baş verənlərlə bağlı mövqeləri müqayisə etmək idi” - deyə Kempbell bildirib.\
Kempbell hesab edir ki, bunun səbəblərindən biri “Olimpiada zamanı Rusiya və Çinin qəbul etdiyi əsas sənəd Asiyanın hər bir ölkəsini heyrətə salıb”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 4-də Pekinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafı və möhkəmləndirilməsi, o cümlədən beynəlxalq arenada fəaliyyətlərin əlaqələndirilməsi və cari problemlərə birgə yanaşmaların inkişafı məsələlərini müzakirə ediblər.
Belə ki, iki saat yarımdan çox davam edən söhbətdən sonra ölkə liderləri birgə bəyanat qəbul edərək, Rusiya ilə Çin arasında dostluğun “sərhədlərinin olmadığını” (...yəni sərhəd tanımadığını) və birgə əməkdaşlıqda “qadağan olunmuş zonaların olmadığını” vurğuladılar. Sənəddə qeyd edilir ki, Moskva və Pekin NATO-nun daha da genişlənməsinə qarşıdır və alyansı soyuq müharibə yanaşmalarından əl çəkməyə çağırırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB