Şri-Lankanın baş naziri Mahinda Rajapaksa hökumət əleyhinə etirazlar davam etdiyi üçün istefa verib. Sİa-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şri-Lankada iqtisadi böhrana görə başlayan etirazlar həftələrdir davam edir. Bu gün paytaxt Kolomboda hökumət tərəfdarları ilə hökumət əleyhinə etirazçılar arasında toqquşma baş verib. Bir aydır prezident aparatı qarşısında düşərgə salan etirazçılara hökumət tərəfdarları daş və dəyənəklə hücum edib. Təhlükəsizlik zolağından keçərək etirazçılara hücum edən hökumət tərəfdarlarına polis gözyaşardıcı qaz və şırnaqla cavab verib. Hadisələrdə 78 nəfər yaralandığı üçün ölkə daxilində komendant saatı elan edilib.
Şri-Lankanın baş naziri Mahinda Rajapaksa etirazların zorakılığa çevrilməsindən sonra istefa vermək qərarına gəlib. Bildirilib ki, daha əvvəl iki dəfə prezident olmuş 76 yaşlı Rajapaksa istefa məktubunu qardaşı prezident Qotabaya Rajapaksa təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB