Konqo Demokratik Respublikasının İturi əyalətində qızıl mədəninə hücum nəticəsində azı 50 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İturi Əyalət Vətəndaş Cəmiyyəti Qrupları koordinatoru Jean Bosco hücumdan sonra bildirib ki, hücumdan sonra evlər yandırılıb. “CODECO” ("Konqonun İnkişafı üçün Kooperativ") silahlı qrupun qətliam törətdiyi vurğulanıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin məlumatına görə, “CODECO” 2021-ci ildə 400-dən çox insanın ölümünə səbəb olub, hökumət 2021-ci ilin may ayında İturi və qonşu Şimali Kivu əyalətindəki hücumlar səbəbindən hər iki şəhərdə mühasirə vəziyyəti elan edib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB