Türkiyədə “Düzcespor"un çempionluq şənliyində səhnəyə çıxan müğənni Gülben Ergen ikinci mahnısını oxuyarkən halı pisləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bayram şənliyi zamanı yerə yıxılan Ergen hər kəsi qorxudub. Dərhal təcili yardıma çatdırılan sənətçi xəstəxanaya aparılıb.
Huşunu itirmiş sənətçiyə ilk tibbi yardımı bölgədəki həkim briqadaları həyata keçirib.
Gülben Ergenin yıxılma anı anbaan kameralara əks olunub. Sənətçinin huşunu itirməsi pərəstişkarlarını da narahat edib.
Xəstəxanaya aparılan məşhur sənətçi ilk müdaxilədən sonra Düzcedən özəl avtomobili ilə İstanbula gəlib.
Məşhur müğənni bu gün ilk dəfə sosial şəbəkədə sağlamlıq vəziyyətini paylaşıb. Sənətçi konsertdə yaşadıqlarını da pərəstişkarları ilə bölüşüb. “Dünən səhnədə daha uzun müddət qalmaq üçün çox səy göstərdim”- deyə Ergen bildirib.
Eyni zamanda “Zəng edən, yazan və maraqlanan dostlarıma və həmkarlarıma təşəkkür edirəm” sözlərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB