Rusiya NATO-nu təhdid edib

Rusiyanın işğalı ilə başlayan Ukrayna müharibəsi davam edərkən Moskvadan gərginliyi pik həddə çatdıran açıqlama gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, NATO-ya “nüvə müharibəsi” xəbərdarlığı verilib və “Nüvə müharibəsində NATO ölkələri yarım saata bizim tərəfimizdən məhv ediləcək” sözləri ilə təhdid edilib.

NATO və Rusiya Ukrayna müharibəsi səbəbindən tarixlərinin ən gərgin dövrünü yaşayırlar. Rusiyanın son açıqlaması isə bu gərginliyin daha da artacağından xəbər verir.
ABŞ-ı vura bilən nüvə raketləri ilə bağlı açıqlaması ilə diqqət çəkən Roskosmos Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin NATO-ya “nüvə müharibəsi” ilə bağlı xəbərdarlıq edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə