Portuqaliya Ukraynaya zirehli avtomobillər göndərir

Portuqaliya Ukraynaya zirehli avtomobillər göndərir

Portuqaliya hökuməti ABŞ-dan alınmış 15 ədəd M113A zirehli transportyorun Ukraynaya təhvil verilməsini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Nascer do SOL” nəşri məlumat yayıb.

Santa Marqaridada yerləşdirilən zirehli avtomobillərin Kiyevə göndərilməsi Pentaqon tərəfindən istənilib.

Zirehli avtomobillər 1990-cı illərdə Avropada yerləşən Şimali Amerika hərbi personalının ixtisarı zamanı ABŞ-dan ucuz qiymətlərlə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə