Kosta-Rikanın yeni Prezidenti Rodriqo Çaves vəzifəsinə başladı. O, bu vəzifədə Karlos Alvaradonu əvəz etdi. Bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
SIA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təntənəli mərasim respublikanın parlamentində keçirilib. Tədbirə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan təqribən 100-dək nümayəndə dəvət edilib.
Yeni prezidentdən koronavirus pandemiyasının mənfi təsirlərinə məruz qalmış iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirməsi gözlənilir. Rəsmi məlumata görə, təqribən 5 milyon nəfər əhalisi olan ölkədə əhalinin 23 faizi yoxsulluq həddində yaşayır, işsizliyin səviyyəsi 13,5 faizi ötüb.
Rodriqo Çaves ixtisasca iqtisadçıdır. O, ömrünün, demək olar, yarısını Dünya Bankında işləyib. 2019-cu ildə vətənə qayıdıb və payızda Alvarado hökumətində maliyyə naziri olub. Lakin 2020-ci ilin mayında dövlət başçısı ilə fikir ayrılığına görə istefa verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB