Vətənini tərk etməyə məhkumlar...

BMT Mariupolu tərk etmək istəyən onlarla insanın tərk edə bilməyəcəyini bildirib
Vətənini tərk etməyə məhkumlar...

BMT Mariupolu tərk etmək istəyən onlarla insanın tərk edə bilməyəcəyini və təşkilatın Mariupol ərazisinin boşaldılmasını asanlaşdırmaq üçün səylərini davam etdirəcəyini bildirib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı koordinatoru Osnat Lubraninin bəyanatında deyilir.

O, bazar günü, mayın 8-də BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə 170-dən çox insanın Mariupol vilayətindən Zaporojyeyə təxliyəsi üzrə növbəti əməliyyatın uğurla başa çatdığını elan edib. Ancaq, bununla belə o, işin hələ tamamlanmadığını da etiraf edib. Onun dediyinə görə, BMT son günlər evakuasiya karvanlarına qoşulmaq istəyən onlarla insanın buna nail ola bilməyib.

Lubraninin sözlərinə görə, təşkilat münaqişənin hər iki tərəfi ilə işləməyə davam edəcək ki, getmək istəyənlərə təhlükəsiz şəkildə bunu təmin etsinlər və öz evakuasiya marşrutunu seçsinlər. Təşkilat həmçinin Mariupolda humanitar yardıma ehtiyacı olan vətəndaşlara çıxış əldə etmək istəyir.

Qeyd edək ki, şənbə günü, mayın 7-də Rusiya Müdafiə Nazirliyi BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iştirakı ilə Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisindən mülki şəxslərin təxliyyəsini başa çatdırdığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə