Məşhur cütlük evlilik yolunda irəliləyir

Məşhur cütlük evlilik yolunda irəliləyir

Bu yay evlilik planları quran müğənni Oğuzhan Koç və aktrisa Demet Özdemirin sevgisi bütün sürətiylə davam edir.
SİA xarici mətbuata istinadən xəbər verir ki, aktyor Yağmur Tanrısevsinlə 5 illik münasibəti bitdikdən az sonra Oğuzhan Koç Demet Özdemirlə görüntülənib. Əvvəlcə “Sevgi yoxdur” deyən ikili sonradan bu münasibəti qəbul edib. 2021-ci ili Alaçatıda oteldə qarşılayan cütlük fotoları çəkilən zaman münasibətlərini etiraf ediblər. Özdemir, "Bəli, fotolarımızın çəkildiyi doğrudur. İndi yeni ilin sevgi bombası deyə bilərsiniz" sözlərini deyib. Oğuzhan Koç da “İnstaqram” hesabından verdiyi açıqlama ilə sevgili olduqlarını təsdiqləyib.
İkili ötən dekabr ayında sevgililər şəhəri Parisə getsə də, daha sonra ayrılıb. Paris onlara şanssız görünüb və geri dönərkən dalaşan cütlük "bir daha olmayacaq" deyərək ayrı yollara gedib və sosial şəbəkədə bir-birini izləməyi dayandırıb. Lakin ayrılığa dözə bilməyən Demet və Oğuzhan qısa zamanda barışıblar. Onların yaxın dostlarının xəbərsiz ikisini bir araya gətirərək barışdırdığı öyrənilib.
Onların barışmasından çox keçməmiş Koç sevgililər günündə Demet Özdemirə evlilik təklifi edib. "Sakiler Group"un mahnıları ilə müşayiət etdiyi təşkilatda "Dünyadan uzaqlar" mahnısının müşayiəti ilə Demet Özdemirin sevgilisinə "Bəli" deməsi ilə cütlük evlənməyə qərar verib.

Oğuzhan Koç İbrahim Səlimin verilişinin qonağı olub. Bu yay Demet Özdemirlə evlənməyi planlaşdıran 36 yaşlı müğənni diqqət çəkən açıqlamalar verib. “Nədir ki, görəndə gözünü çəkə bilmirsən?” sualına Oğuzhan Koç nişanlısına sevgisini “Heç bir şey, biri var: Demet Özdemir” cavabı ilə ifadə edib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə