“Bayden Putinlə necə ünsiyyət quracağını bilmir”

“Bayden Putinlə necə ünsiyyət quracağını bilmir”

“Onlar (ABŞ-ın hazırkı administrasiyası) Vladimir Putinlə necə davranacaqlarını bilmirlər. Onlar sadəcə olaraq, yanlış zamanda yanlış şeylər deyirlər” .

SİA Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniyadakı tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Trampın sözlərinə görə, hazırkı hakimiyyət “psixologiya haqqında heç nə bilmir”. Mövcud vəziyyəti necə sabitləşdirmək lazım olduğu barədə xəbərsizdir.

Qeyd edək ki, daha əvvəl Tramp Rusiya Federasiyası rəhbərliyinin guya nüvə silahı ilə bağlı ritorikaya görə ölkəsinin rəhbərliyinə “hörmətsizlik” göstərdiyini bildirib.

Ağ Evin keçmiş rəhbəri Nebraskada tərəfdarları qarşısında çıxış edərkən o, prezident olanda ABŞ-ın nüvə qüvvələrinin modernləşdirilməsi ideyasına mənfi münasibət bəslədiyini deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə