Kubanın paytaxtı Havana şəhərinin mərkəzində “Saratoqa” otelində baş verən partlayışda 22 nəfər həlak olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Kuba hökuməti bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb. Məlumatda bildirilir ki, xəstəxanalarda 64 nəfər zərərçəkən var ki, onlardan da 14-ü azyaşlıdır. Axtarış-xilasetmə əməliyyatının başa çatması ilə bağlı məlumat hələlik açıqlanmayıb.
Faciənin qaz sızması səbəbindən baş verməsi ehtimal olunur.
Bundan əvvəl faciədə həlak olanların sayının 18 olduğu bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB