Almaniya Ukraynaya 7 haubitsa göndərəcək

Almaniya Ukraynaya 7 haubitsa göndərəcək

Almaniya Rusiya ilə vuruşan Ukraynaya 7 haubitsa göndərəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Kristina Lambrext Slovakiyanın Sliac şəhərində alman əsgərlərini ziyarəti zamanı verdiyi açıqlamada ölkəsinin Ukraynaya "PzH 2000" tipli 7 haubitsa tədarükü ilə bağlı razılığın əldə edildiyini bildirib.

Ukrayna əsgərlərinə də haubitsa təlimi veriləcəyini bildirən Labrext haubitsaların alman ordusunun ehtiyatlarından gəlmədiyini, bunların hələ də təmir olunduğunu qeyd edib.

Almaniya Müdafiə Nazirliyinin "Twitter" hesabından edilən paylaşımda Ukraynaya veriləcək haubitsaların sayının Hollandiya tərəfindən veriləcək 5 haubitsa ilə birlikdə 12-yə yüksəldiyi, Almaniyadakı təlimlərin də gələcək həftə başlayacağı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə