Finlandiyanın NATO-ya daxil olması alyansı gücləndirəcək

Finlandiyanın NATO-ya daxil olması alyansı gücləndirəcək

Finlandiyanın NATO-ya daxil olması hərbi ittifaqı gücləndirə bilər. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq “Yle”yə müsahibəsində deyib.

Baş katib, Finlandiya Müdafiə Qüvvələrinin yüksək səviyyəsini qeyd edib və yeni qırıcıların alınması ilə bağlı son qərarını da bəyəndiyini diqqətə çatdırıb.

Bundan əlavə, Stoltenberq Finlandiyanın alyansa qoşulmaq üçün müraciət edəcəyi təqdirdə, onun “mümkün qədər tez” ratifikasiya ediləcəyini təklif edib.

Stoltenberq bu halda NATO Finlandiyanın “təhlükəsizlik problemlərinə cavab vermək üçün yollar tapacağını da əlavə edib.

Maraqlıdır ki, Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyat keçirməklə “böyük səhvə yol verdiyi” fikrini də dilə gətirib

... NATO-nun Ukraynaya dəstəyini davam etdirəcəyini deyən baş katib, lakin gərginliyin artmasının qarşısını almaq üçün ora öz qoşunlarını göndərməyəcəyini də bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə