“Bizim belə bir niyyətimiz yoxdur"

Vyana Rusiya qazının pulunu rublla ödəməyəcək
“Bizim belə bir niyyətimiz yoxdur"

Avstriyanın Avropa və xarici işlər naziri Aleksandr Şallenberq “Əl-Cəzirə” telekanalına verdiyi aşıqlamada ölkəsinin Rusiyadan aldığı qazın pulunu rublla ödəməyəcəyini bəyan edib. SİA bu barədə “rosbalt”a istinad edir.

Şallenberqin sözlərinə görə, Vyana Rusiya tərəfi ilə mövcud razılaşmalara sadiqdir və... elə buna görə də ödənişi rublla etməyəcək.

“Bizim belə bir niyyətimiz yoxdur", - nazir vurğulayıb. Bundan əlavə, nazirə görə, Rusiya prezidenti Vladimir Putinin öz qərarlarında israrlı olması, NATO ölkələrininin daha sıx birləşməsinə gətirib çıxarmaqdadır.

Xatırladaq ki, Vladimir Putin martın 31-də Rusiyaya dost olmayan ölkələrin bu ölkədən aldıqları qazın pulunu rus rublu ilə ıdənilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, belə alıcılar xarici valyutada vəsaitləri “Qazprombank”a köçürməli olacaqlar ki, o da öz növbəsində birjalarda rubl alıb idxalçıların xüsusi rubl hesablarına köçürəcək.

Gələcəkdə çatdırılma üçün ödənişlər bu hesablardan həyata keçiriləcək.

Qeyd edək ki, Avstriya kansleri Karl Nehammer da bundan əvvəl “Qazprom”un ödəniş prosedurunu dəyişməsinə baxmayaraq, Avstriyanın Rusiya qazı üçün ödənişi avro ilə davam etdirə biləcəyini iddia etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə