"...İsveçin Şimali Atlantika Alyansına üzvlük müraciətinə baxıldığı müddətdə NATO İsveç sərhədləri yaxınlığında və Baltik dənizində mövcudluğunu artıracaq”.
Qeyd edək ki, “rusları qane etməyən bu fikirləri” NATO-nun baş katibi Yens Stoltenberq İsveçin ictimai yayım teleşirkəti olan SVT-yə müsahibəsində bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “Amerikanın Səsi” xəbər verir ki, NATO-nun baş katibinin teleşirkətdən verdiyi aşıqlamalar İsveç səlahiyyətlilərinə böyük ümidlər verib.
“...Mən əminəm ki, biz keçid dövründə İsveçin təhlükəsizlik ehtiyaclarını ödəmək üçün həll yolu tapacağıq”.
Qeyd edək ki, bunu da NATO-nun baş katibi bildirib.
O daha sonra, İsveçin təklif etdiyi və NATO İsveçin qoşulmaq istədiyini bildirdiyi andan NATO bu ölkənin təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyacağını bildirib.
Stoltenberq bunun ətrafdakı mövcudluğun gücləndirilməsini əhatə edəcəyini əlavə edib.
Yeri gəlmişkən, hələ bir müddət bundan əvvəl Rusiya Federasiyası İsveç və Finlandiyaya onların NATO-ya üzv olmaq “həvəsinə düşəcəkləri” təqdirdə , Kalininqradda nüvə silahı və hipersəs raketləri yerləşdirəcəyinin xəbərdarlığını etmişdi.
Qeyd edək ki, bu ölkələrin NATO-ya üzv olmaq üçün müraciət edib-etməyəcəyinə bu ay qərar verəcəkləri gözlənilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB