Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi yeni raket sınaqları beynəlxalq gərginliyin artmasına səbəb olur.
SİA-nın əldə etdiyi məlumata görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“Əvvəlki sınaqlar və ballistik raket texnologiyasından istifadə edilən digər fəaliyyətlər yalnız regional və beynəlxalq gərginliyin artmasına xidmət edir. Baş katib KXDR-i beynəlxalq öhdəliklərə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl etməyə çağırır”, – Düjarrik bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB