Rusiyanın Ukraynaya hücumu başlayandan bəri Belarus ərazisindən Ukraynaya doğru 631 raket atılıb.
SİA xəbər verir ki, “Censor.NET”in məlumatına görə, bu barədə “Belarusian Guyun” teleqram kanalı yazır.
...Ən azı 631 raketin Belarusdan Ukraynaya buraxıldığı barədə məlumatlar artıq təsdiqini tapıb.
... Martın əvvəlində qonşu ölkənin ərazisinə ilk buraxılış olub, guya Rusiya Federasiyasının Silahlı Qüvvələri digər ölkələrin Ukraynanın Belarus ərazisindən bombalanmasına reaksiyasını "yoxlayırlar". Sonradan buraxılışlar qaranlıq düşəndən sonra və ya ağır bulud örtüyü şəraitində həyata keçirilib. Aydındır ki, bu, uçuş yolunu və raketlərin növlərini gizlətmək üçün edilib.
...İlk buraxılış martın 9-da qeydə alınıb, həmin gün ən azı 35 raket buraxılışı həyata keçirilib. Aprelin əvvəlində buraxılışlar günü-gündən artıb və aprelin 1-də Ukrayna Belarusdan ən böyük bombardmaya məruz qalıb. Belə ki, həmən gün raketlər sözün həqiqi mənasında hər 10 dəqiqədən bir atılıb. Bildirək ki, ruslar geri çəkilirdilər deyə “yüklərini yüngülləşdirmək” üçün Ukrayna ərazisinə ən azı 56 döyüş başlığı atılıb. \
...Maraqlıdır ki, bununla bağlı hesabat hazırlayanlar Belarus ərazisindən atışların bu günə qədər davam etdiyini, son buraxılışın 03 may saat 11:35-də həyata keçirildiyini bildirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB