Tunis sahillərində daha 24 miqrantın meyiti tapılıb

Tunis sahillərində daha 24 miqrantın meyiti tapılıb

Tunisin Sahil Mühafizəsi aprelin sonlarında ölkə sahillərində qayıqların batması ilə nəticələnən qəzada həlak olan daha 24 miqrantın meyitini tapıb.

SİA-nın əldə etdiyi məlumata görə, ölənlərin sayı artıq 67-yə çatıb.

50-dən çox insanın hələ də itkin düşdüyü qeyd edilir.

Son 48 saat ərzində Tunis Milli Qvardiyasının bölmələri ölkənin dəniz sərhədlərini qanunsuz keçməyə cəhd edən 30-a yaxın afrikalı miqrantı saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə