Qazaxıstan prezidenti Türkiyəyə gələcək

Qazaxıstan prezidenti Türkiyəyə gələcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mayın 10-11 tarixlərində Türkiyəyə səfəri planlaşdırılır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qazaxıstan Prezident Aparatı Mətbuat Xidməti dövlət başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın dövlət başçısının Türkiyəyə planlaşdırılan səfərinin ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın genişləndirilməsində mühüm mərhələ olacağını bildirib.

Prezidentlər həmçinin ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, ikitərəfli strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə