PKK-ya qarşı əməliyyatda daha 2 terrorçu zərərsizləşdirilib

PKK-ya qarşı əməliyyatda daha 2 terrorçu zərərsizləşdirilib

İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirilən "Pəncə Kilid" əməliyyatında 2 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir: "Pəncə-Kilid" əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir.

Terrorçuların sığınacaqları və silah-sursat anbarları artilleriya atəşi ilə vurulub.

Bölgədə daha 2 terrorçu zərərsizləşdirilib. Bununla zərərsizləşdirilən terrorçu sayı 63-ə çatıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə