“Dünyanın anbarda saxlanılan bu taxıllara ehtiyacı var”

“Dünyanın anbarda saxlanılan bu taxıllara ehtiyacı var”

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Ukrayna limanlarında 4,5 milyon ton taxılın gözlədiyini açıqlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Almaniya Xəbər Agentliyinə çıxışında BMT Dünya Ərzaq Proqramının Almaniya üzrə direktoru Martin Frik (Martin Frick) 4,5 milyon ton taxıl daşıyan gəmilərin limanlardan çıxa bilməməsinə diqqət çəkərək deyib: “Dünyanın anbarda saxlanılan taxıllara ehtiyacı var. Taxıl ixracının bərpası üçün həm insanlara, həm də limanlara çıxış təmin edilməlidir”.

Qeyd edək ki, fevralın 24-dən başlayan Rusiya hücumlarından sonra Ukrayna limanları ticarət üçün istifadə oluna bilmir. Avropa ölkələri Ukraynadan avtomobil və dəmir yolu ilə taxıl daşımağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə