Ukrayna parlamenti ölkədə siyasi partiyaların fəaliyyətini “Rusiyapərəst mövqe” əsasında qadağan edən qanun layihəsini qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, Ukraynalı deputat Yaroslav Jelezniyak “Telegram” kanalında mayın 3-də parlamentdə keçirilən səsvermə ilə ölkədə Rusiya yönlü siyasi partiyaların fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqlədiklərini bildirib. Onun sözlərinə görə, 450 deputatdan 330-u yuxarıda adı çəkilən qanun layihəsinin qəbul edilməsinə “lehinə” səs verib.
Parlamentdən verilən açıqlamada qeyd olunub ki, qanun layihəsi “işbirlikçi xüsusiyyətlərə malik” və “milli kimliyi əvəz etmək” məqsədi daşıyan siyasi partiyaların fəaliyyətini qadağan edən səbəblər siyahısını genişləndirib.
Məhkəmə qərarı ilə fəaliyyətinə xitam veriləcək sözügedən partiyalar parlamentdə buraxılacaq və mal-mülkü müsadirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB