Əmrə əməl etməyənlər güllələnmə ilə hədələnir

Əmrə əməl etməyənlər güllələnmə ilə hədələnir

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində rus işğalçılarını qovmaqda davam edirlər. Deyilənə görə, istiqamətlərin birində ruslar Xarkovdan təqribən 40 kilometr şərqə, geri qovulublar.

SİA xəbər verir ki, bu barədə Pentaqonun xarici siyasət və milli təhlükəsizlik üzrə müxbiri Cek Detç “Twitter”də məlumat verib.

O, ukraynalıların uğurla əks hücuma keçdiklərini qeyd edib.

"Onlar Donbasa hücum üçün Xarkovu ələ keçirməyə və saxlamağa ümid edirdilər”.

Bunu isə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib.

İşğalçıların geri çəkildiyi konkret istiqamət artıq məlumdur, lakin bu məlumatı ilk olaraq Ukrayna rəsmiləri səsləndirməlidir.

Xatırladaq ki, Xarkovda, xüsusən də İzyum vilayətində rus işğalçıları ilə qızğın döyüşlər davam edir. Verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələri regionda bir sıra uğurlu hərbi əməliyyatlar keçirib.

Bu arada “OBOZREVATEL” xəbər verir ki, Xarkov vilayətinin İzyum yaxınlığındakı rus işğalçıları kütləvi şəkildə yeni hücuma keçməkdən imtina edirlər.

Deyilənə görə, əmrə əməl etmədiklərinə görə, onlar güllələnmə ilə hədələnirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə