...Deməli, bu il Moskva uzun illərin ən qaranlıq 9 May Qələbə Gününə hazırlaşır. Niyə, qaranlıq, şünki bu il Qələbə Gününə heç bir xarici ölkə nümayəndəsi qatılmayacaq. Yəqin indi Kremldəkilər “pis qonşunun üzü qara olsun” deyib Ukraynanın qarasınca deyinirlər.
Maraqlıdır ki, Qərb analitiklərinin fikrincə, Kiyevdən çəkildikdən sonra Putin həmin tarixə qədər öz elektoratına qələbəyə bənzəyən bir şey verməyə çalışacaq.
“Bu, onların bu tarixə qədər əməliyyatlar keçirməyə nə qədər tez və qətiyyətlə cəhd etmələrinə təsir göstərə bilər”. Bu fikirləri Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmiləri səsləndirib.
ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu isə Rusiya qüvvələrinin Ukraynanın şərqində geniş hücum üçün lazım olan maddi-texniki və komanda-nəzarət imkanlarını artırmaqda davam etdirdiklərini bildirib.
Lakin etiraf edilməlidir ki, Donbassdakı vəziyyət rusların uğur qazanacağına heç də işarə etmir: düşmən orduları müharibənin gedişatını dəyişdirə və qəti qələbə qazana bilməyən mövqe durğunluğunda donub qalmış kimi görünür.
Bəzi məlumatlara görə, ruslar mayın 9-na qədər Ukraynada hansısa bir uğura nail olmağa çalışacaqlar.
Ancaq Kremlin əlamətdar bir tarixə ən azı simvolik qələbə kimi təqdim edəcəyi bir şeyə nail ola bilməyəcəksə, bu, rusların istəksizlikdən deyil, imkansızlıqdan irəli gəldiyi kimi qəbul edilməlidir.
Umutmaq lazım deyil ki, 9 May tarixi dövrdən asılı olaraq ev tamaşaçıları qarşısında özünü göstərmək, düşmənləri qorxutmaq üçün yaradılıb.
Rusiyanın ərazi və siyasi ambisiyalarının beynəlxalq səviyyədə tanınmış sərhədlərində bitməli olduğuna inanmayan Putin üçün 9 May ilk növbədə onun bütün avantüralarını qanuniləşdirən imperiya əzəmətinin bayramıdır.
Bu gün başqa ölkələri cəlb etmək üçün dost vasitələr olmadığı halda, imperiyanı saxlamaq və ya geri qaytarmaq üçün Rusiyaya güclü ordu lazımdır. 9 May bu tarixin müharibədən keçənlərin övladları üçün əhəmiyyətinə baxmayaraq, Putin rejimi üçün hər şeydən əvvəl silah cingildəmək fürsətidir. Buna görə də, 9 May həmişə onunla olduğu kimi, bu dəfədə güc nümayişi olacaq.
...Amma təbii ki, əvvəlkilərdən fərqli, bəlkə də ən sönüyü olcaq...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB