Avropada elektrik qiymətləri bahalaşıb

Avropada elektrik qiymətləri bahalaşıb

Avropada yanvar ayı ilə müqayisədə elektrik enerjisi bahalaşıb.

SİA APA-ya istinadən xəbər verir ki, qiymət artımı ölkələrə görə fərqli olub. Ən ciddi artım 103 faizlə Bolqarıstanda qeydə alınıb. Növbəti yerləri Yunanıstan (+96 faiz) və Estoniya (+83 faiz) bölüşür.
Bəzi ölkələrdə isə azalma müşahidə olunub: Slovakiya (-12 faiz), Çexiya (-5 faiz) və Portuqaliya (-1 faiz).

Tariflərə gəlincə, ən ucuz elektrik Lüksemburqdadır: 100 kWh üçün 19,89 avro. Hersoqluqda il başlayandan qiymət demək olar dəyişməyib. Avropa üçün elektrikin orta qiyməti 100 kWh üçün 23,69 avro təşkil edir.

Qitədə ən baha enerji Danimarkadadır - 100 kWh üçün 34,48 avro. Növbəti yerlərdə Almaniya (32,34), Belçika (29,94) və Fransa (20,22) gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə