Dnestryanı hərbi baxımdan Rusiya üçün problemdir

Dnestryanı hərbi baxımdan Rusiya üçün problemdir

İndi Dnestryanı hərbi baxımdan rus işğalçıları üçün böyük bir problemə çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu NV-yə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, Dnestryanı onlar üçün hərbi baxımdan böyük problemdir. Doğrudur, bu ərazidə rusların nəzarət etdikləri ərazi var. Lakin buna heç bir yanaşma yoxdur. Yəni sərhəd bir tərəfdən Moldova, digər tərəfdən isə Ukrayna ilə əhatələnib. Demək istırdim ki, bu gün sərhəd onlar üçün böyük problemdir.

Budanov əlavə edir. Deyir ki, bu gün ruslar orada nə qədər qışqırsalar da, amma ciddi bir iş görə bilməzlər. Hazırda Dnestryanıda olan 1,3 min nəfərlik bölmələr onların bütün gücüdür, yəni Bunlar Rusiyanın bu bölgədəki rəsmi qoşunlarıdır.

Budanovun sözlərinə görə, rus qoşunlarının əksəriyyəti Kolbasnoye kəndindəki anbarları, daha kiçik bir hissəsi isə Mayak kəndindəki radio mərkəzini mühafizə edir.

Buna baxmayaraq, onlar bütün regionda-Rumıniya, Moldova və Ukrayna üçün sabitliyi pozan amildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə